Avtomobilini "iPhone 16" ilə BARTER ETDİ
    • Bu gün, 12:53
    • 801

Avtomobilini "iPhone 16" ilə BARTER ETDİ

Türkiyədə iki gənc maraqlı bir barter aparıb. Ümit Macan dostunun 98 model Renault Toros avtomobilini yeni aldığı iPhone 16 Pro Max ilə əvəz edib.

News24.az xəbər verir ki, Ümit Macan dostuna, iPhone 16 Pro Max-ı əldə etmək üçün uzun müddət araşdırma apardıqlarını ifadə edərək, "Bu telefon o qədər yenidir ki, onu tapmaq demək olar ki, qeyri-mümkün hala gəlib. Hər yerə baxdıq, hətta başqa vilayətlərdən də soruşduq, amma heç yerdə tapmadıq. Nəhayət, dostum avtomobilini satmaq qərarına gəldi. İkimiz də tanışıq və aramızda etimad var. Beləliklə, biz avtomobili telefonla dəyişdirdik” dedi.

 Ümit, “Maşın orta hesabla 150 min lirə civarındadır, telefon isə 120 min lirədir. Aramızda heç bir problem olmayacağını düşündük və barter etmək qərarına gəldik. Artıq bilirəm ki, dostum illərdir bu maşın üzərində işləyir", deyə, əlavə edib.

Mücahit Demirer, "Telefonu çox istəyirdim, xəyalım idi. Bazar günü olduğundan bazarda yox idi. Maşını verib telefonu almaq istədim, o da razılaşdı" dedi.

Günel Məlikzadə