Yola siqaret kötüyü atan sürücülər bu videoya baxıb nəticə çıxarmalıdır - VİDEO
    • Bu gün, 13:44
    • 641

Yola siqaret kötüyü atan sürücülər bu videoya baxıb nəticə çıxarmalıdır - VİDEO


Maşında siqaret çəkən əksər sürücülər onun kötüyünü yola atırlar. Çox az sayda sürücü görmək olar ki, onu maşınındakı zibil qutusunda saxlasın. Sürücülər düşünürkər ki, atdıqları siqaret kötüyü çox kiçik olduğu üçün yoxa çıxır. Lakin bu, qətiyyən belə deyil. Küçəyə atılan hər bir siqaret kötüyünü külək yolun kənarına yığır. Nəticədə hərəkət hissəsinin kənarları siqaret kötükləri ilə qalaqlanır. Bu zibilləri isə təmizliyə baxan qadınlar əziyyətlə yığışdırır.

Təqdim etdiyimiz videogörüntü səhər saatlarında paytaxtın Qara Qarayev prospektinin girişində qeydə alınıb. Aydın şəkildə görünür ki, yaşlı qadın yolun kənarına qalaqlanmış siqaret kötüklərini bir-bir yığışdırır. Buna baxan hər bir sürücü nəticə çıxarmalı və bir daha yerə zibil atmamalıdır.

Bəzən insanlar absurd fikirlər səsləndirərək belə deyirlər: "Biz yolu zibilləməsək, təmizliyə baxan işçilər işsiz qalar", "Onlar zibil yığışdırmaq üçün işləyirlər" və.s. Bu fikirlər olduqca kökündən yanlış və özünə haqq qazandırmaqdan başqa bir şey deyil.

Düşünməyin ki, siz yeri zibilləməsəniz onlar işsiz qalacaqlar. Və unutmayın ki, təmizliyə baxan işçilərin vəzifəsi sizin zibillərinizi yığmaq deyil, təbii şəkildə yaranan zibilləri təmizləməkdir.//avtosfer