-
- 12-10-2024, 03:54
- 480
Bu dəfə tozsoranlar söyüş SÖYDÜ
Hakerlər “Ecovacs”-ın “Deebot X2s” robot tozsoranlarının sisteminə giriş əldə ediblər.
News24.az ABC-ə istinadən xəbər verir ki, bununla da onlar tozsoranları idarə etməyə başlayıblar. Bununlada kifayətlənməyən hakerlər tozsoranları ədəbsiz sözləri təkrarlamağa məcbur ediblər.
“Ecovacs” robot tozsoranlarının sisteminin sındırıldığını təsdiqləyib. Onlar bildiriblər ki, şirkət kibertəhlükəsizlik məsələlərinə daha çox diqqət yetirir. Şirkət istifadəçilərə “Wi-Fi” şifrələrini gücləndirməyi və şübhəli fəaliyyət barədə bildirişləri diqqətlə izləməyi tövsiyə edib.
Teymur Məmmədov