"TikTok" işlədənlərin NƏZƏRİNƏ! HESABINIZ OĞURLANA BİLƏR
    • 10-01-2020, 14:35
    • 2 028

"TikTok" işlədənlərin NƏZƏRİNƏ! HESABINIZ OĞURLANA BİLƏR

"TikTok" mobil tətbiqetməsində boşluq aşkarlanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, yaranan problemə görə, hakerlər istifadəçilərin hesablarına və şəxsi məlumatlarına giriş əldə etmə imkanı olub. Hazırda şirkətə boşluq barədə məlumat verilib:"Hakerlər zərərli bağlantılar ilə qurbanlara SMS göndərə bilərlər. Bu zaman bağlantıya keçid edən şəxsin hesabı hakerlər tərəfindən ələ keçirilir. Bunla da videonu hesabdan silə bilər, icazəsiz videolar yükləyə, gizli videoları hamıya açıq edə bilər".