Kralın ölümünə hazırlıq başladı - TAXTA O ÇIXIR
    • Bu gün, 15:34
    • 359

Kralın ölümünə hazırlıq başladı - TAXTA O ÇIXIR

Böyük Britaniya kralı III Çarlzın xəstəliyi qısa zamanda onun ölümünə səbəb ola bilər.

News24.az xəbər verir ki, bu barədə “The Daily Beast” məlumat yayıb. 

Qeyd edilib ki, buna görə də kral ailəsi hakimiyyət dəyişikliyi ilə bağlı hazırlığa başlayıb.

Nəşrin mənbələri iddia edir ki, kral ailəsinə yaxın insanlar III Çarlzın böyük oğlu Uels şahzadəsi Uilyamın hakimiyyətə gəlişini planlaşdırmağa başlayıblar. 

O, 8 sentyabr 2022-ci ildən Britaniya taxtının varisidir.

Teymur Məmmədov