Anasını süpürgə ilə döydü - Bakıda....
    • Bu gün, 19:05
    • 552

Anasını süpürgə ilə döydü - Bakıda....

Bakıda içkili halda anasını süpürgə ilə döyən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib. 

1989-cu ildə Qazax rayonunun Köçəsgər kəndində doğulmuş Rövşən anası C.V.-nın şikayəti əsasında saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məlum olub ki, Rövşən içkili halda evə gələrək 1970-ci il təvəllüdlü anası ilə mübahisə edərək onu vurub, nəticədə sonuncu sağlamlığa zərər vurmayan xəsarətlər alıb.  Rövşən məhkəmədə bildirib ki, sərxoş vəziyyətdə olub və evdə anası ilə mübahisələri yaranıb. O iddia edib ki, anası onu əsəbləşdirib. Bu zaman əli ilə zəif zərbə vurub, lakin döyməyib. 

C.V. isə oğlunun dediklərinin əksi olaraq bildirib ki, Rövşən spirtli içki aludəçisidir və bütün pulu spirtli içkiyə verir. Qadın deyib ki, oğlu içkili olduğu zaman onu döyür, işgəncə verir. Həmçinin azyaşlı nəvəsini də döyür. Sonuncu hadisədə Rövşən onu süpürgə ilə vurub. C.V. oğlu ilə barışmadığını bildirib və barəsində tənbeh tədbirlərinin tətbiq edilməsini məhkəmədən xahiş edib. 

Məhkəmənin qərarı ilə Rövşən 20 gün müddətinə həbs edilib.