İçki içən anasını çəkiclə döyüb öldürdü
    • 10-04-2024, 11:42
    • 530

İçki içən anasını çəkiclə döyüb öldürdü

Rusiyanın Xabarovsk diyarında 20 il əvvəl öz anasını öldürən 54 yaşlı kişiyə qarşı istintaq başa çatıb.

News24.az Lent.az-a istinadla bildirir ki, istintaq müəyyən edib ki, 2004-cü ilin payızında Çernaya Reçka kəndində təqsirləndirilən şəxs anası ilə mübahisə edib. Oğul anasını spirtli içki qəbul etdiyi üçün bəyənməyib. Həmin axşam o da sərxoş olub. Kişi çəkiclə onun başına və bədəninə bir neçə dəfə zərbə endirib. Ana aldığı xəsarətlərdən dünyasını dəyişib.

Cinayət 20 il əvvəl baş versə də, müstəntiqlər cinayət silahını tapıb və bir sıra ekspertizalar apardıqdan sonra kişinin günahını tam sübuta yetiriblər. O, özü də hər şeyi etiraf edib.

Prokuror cinayət işini baxılması üçün məhkəməyə göndərib.