-
- 12-10-2024, 19:13
- 581
"Real"dan Karvahal açıqlaması
"Real" zədəli futbolçusu Daniel Karvahalın durumu ilə bağlı açıqlama yayıb.
News24.az QOL.az-a istinadla xəbər verir ki, Madrid təmsilçisi bu barədə şəbəkə hesablarında paylaşım edib.
Bildirilir ki, 32 yaşlı müdafiəçi sağ dizindən əməliyyat olunub. Onun yaxın günlərdə bərpa prosesinə başlayacağı qeyd olunub. Karvahalın yaşıl meydanlara dəqiq olaraq nə vaxt qayıdacağı isə məlum deyil.
Qeyd edək ki, Karvahal La Liqanın "Vilyarreal"la matçıda (2:0) rəqibin oyunçusu Jeremi Pinault ilə toqquşub. O, qazona yıxılıb və ağrıdan bərk qışqırıb. İspaniyalı futbolçu meydanı xərəkdə tərk edib.