Təhlükəli infeksiya yayılır: ÖLƏNLƏR VAR
    • 12-10-2024, 13:59
    • 442

Təhlükəli infeksiya yayılır: ÖLƏNLƏR VAR

Ruandada  “Marburq qızdırması” infeksiyasına 58 yoluxma qeydə alınıb. 

News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Yoluxanlardan 13 nəfər ölüb və xəstəliyin ölüm nisbəti 22 % təşkil edib.

Onu da qeyd edək ki, 15 xəstə “Marburq qızdırması”ndan sağalıb. Eyni zamanda, xəstələrlə təmasda olan 700-dən çox insan həkim nəzarətindədir.

ÜST Marburq qızdırmasının yayılmasını 3-cü səviyyəli fövqəladə vəziyyət kimi təsnif etdi. Bunun fövqəladə vəziyyət üçün ən yüksək daxili səviyyə olduğu bilinir. 

Teymur Məmmədov