"Lassa" epidemiyası: ÖLƏNLƏR VAR
    • 10-05-2024, 16:21
    • 431

"Lassa" epidemiyası: ÖLƏNLƏR VAR

Nigeriyada heyvanlardan insanlara keçən və ölümlə nəticələnə bilən Lassa qızdırması səbəbindən 4 ayda 156 nəfər ölüb.

News24.az xəbər verir ki, bu müddət ərzində 857 Lassa qızdırması aşkarlanıb.

Qeyd edək ki, ötən il ölkədə 1170 Lassa qızdırması aşkarlanıb, 219 nəfər ölüb.

Onu da xatırladaq ki, Nigeriya hökuməti 2023-cü ilin fevralında Lassa qızdırmasının yayılması ilə əlaqədar "fövqəladə vəziyyət" elan edib.

Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində yaranıb.

Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.

Günel Məlikzadə