Niyaməddin Musayevdən AÇIQLAMA: Bir həftədən sonra....
    • 12-10-2024, 15:20
    • 635

Niyaməddin Musayevdən AÇIQLAMA: Bir həftədən sonra....

Xalq artisti Niyaməddin Musayev gəlinindən söz açıb.

News24.az OLAY-a istinadən yazır ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb.

Musayev bildirib ki, gəlininin ona yaxşı qulluq edir:

“Çox razıyam gəlinimdən. Hər şeyi yerində bilən, incə biridir. Yeməkləri bişirib yığır ki, ata, bunu ye, onu ye. Bir yerdə yaşayırıq. Mənə gəlin yaxşı baxır. Oğlumun iki qız övladı var. Məktəbə gedirlər”.

Bununla yanaşı Xalq artisti qızı Röyadan da bəhs edib. Bir müddət Bakıya gəldiyini söyləyən Musayev bir həftə sonra yenidən ABŞ-yə qayıdacağını vurğulayıb.