-
- 14-04-2021, 17:01
- 634
"Hələ də xəstəxanadayam" - NİYAMƏDDİN MUSAYEV
"Çox şükür ki, indi yaxşıyam. Həkimlərin səyi nəticəsində daha da yaxşı olacağam və tezliklə sağalacağam".
Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Niyaməddin Musayev deyib. O, bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir: "Hələ gələn həftənin sonuna qədər burdayam. Həkimlərimiz sağ olsun. Onlar mənə burada çox yaxşı baxırlar. Xəbəri eşidib, narahat olan bütün sevənlərimə, həmkarlarıma dərin təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır.