“Yeni macəraya başlayırıq”
    • 13-10-2024, 10:30
    • 723

“Yeni macəraya başlayırıq”


Ermənistan öz sərhədlərini təkbaşına qorumaq iqtidarında deyil, Rusiyanın köməyi lazımdır.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni şərqşünas Ruben Melkonyan deyib.

Ekspert Ermənistanın yanvarın 1-dən Türkiyə ilə sərhədin Rusiya ilə birgə mühafizəsi barədə qərarını belə şərh edib: vakansiya 2023

“Bir Ermənistan vətəndaşı olaraq sərhədlərimizi heç bir tərəfin köməyi olmadan öz gücümüzlə qoruya bilsək, çox xoşbəxt və qürurlu olardım, amma xəyal qurmaq və reallıq ayrı şeylərdir. İndi bu addım imitasiya məqsədilə atılırsa, bunu macəra hesab edirəm. Bu addımın altında hər hansı hesablanmış təhlükəsizlik düsturları varsa, bunu zaman göstərəcək, əvvəldən buna şübhə ilə yanaşdığımı söyləməliyəm”.