Raketlər bölgədə yerləşdirilir
    • 13-10-2024, 16:43
    • 396

Raketlər bölgədə yerləşdirilir


İsrailin oktyabrın 1-də Tehranın hücumuna cavab olaraq, İranın hərbi və enerji obyektlərinə zərbələr endirəcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə NBC ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Rəsmilər hücumun nə vaxt və hansı şəkildə həyata keçiriləcəyinin hazırda bəlli olmadığını təsdiqləyiblər.

ABŞ mənbələri İsrailin onlara vaxt qrafiki barədə məlumat vermədiyini söyləyirlər.

Həmçinin N12-nin verdiyi məlumata görə, ABŞ ballistik raketlər əleyhinə THAAD hava hücumundan müdafiə sistemini İsraildə yerləşdirəcək. Belə bir qərar ABŞ-ı sözügedən sistemi idarə etmək üçün İsraildə hərbçilər yerləşdirməyə də vadar edəcək.

N12 yazır ki, THAAD-ların bölgədə yerləşdirilməsi İsrailin İrana gözlənilən cavab zərbəsinə Tehranın mümkün cavabına hazırlıqla əlaqəlidir.