Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
    • 13-10-2024, 19:33
    • 587

Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ


Tanınmış rus aktyor Qriqori Çaban Sankt-Peterburqdakı Lensovet teatrında tamaşa zamanı huşunu itirib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, hadisənin təfərrüatlarını "SHOT" "Telegram" kanalı açıqlayıb.

İlkin məlumata görə, bu, vazospazm səbəbindən baş verib. Sənətçi hazırda xəstəxanadadır.

Qeyd edilib ki, hadisə aktyorun “Üç bacı” tamaşasında oynadığı zamanı baş verib.

İndi sənətçi bir neçə dəfə tibbi müayinədən keçməlidir. Ləğv edilən tamaşa dekabrın 2-nə təxirə salınıb.