-
- 15-10-2024, 02:47
- 298
Bu məhsullarda cinsi potensialı artıran dərmanlar AŞKAR EDİLDİ
Türkiyədə meyvə şirəsi, şokolad, bal və konfet daxil olmaqla 17 fərqli məhsulda cinsi disfunksiya müalicəsində istifadə edilən "Sildenafil" və "Tadalafil" adlı aktiv maddələrin istifadə edildiyi aşkarlanıb.
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Sözügedən dərmanların aktiv maddəsi qara çay, qarışıq bitki çayı, qəhvə, bitki qarışığlı qəhvə və qarışıq bitki tozlarında da aşkar edilib.
Mütəxəssislər qeyd edib ki, "Sildenafil" və "Tadalafil"-in aktiv maddələrinin olduğu məhsullar istehlakçılarda baş ağrısı, başgicəllənmə, yuxu çətinliyi, təngnəfəsliyin artması, bulanıq görmə, mədə yanması, üzdə həddindən artıq qızartı, burun axması, burun qanaması və işığa həssaslıq kimi problemlərə səbəb olur.
Teymur Məmmədov