Çindən yeni virus təhlükəsi - BU DƏFƏ...
    • 14-10-2024, 11:30
    • 576

Çindən yeni virus təhlükəsi - BU DƏFƏ...

Çin alimləri gənə ilə ötürülən yeni virus aşkar ediblər. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 2019-cu ildə Daxili Monqolustanda bir bataqlıq parkında gənə dişləməsindən sonra qızdırma, baş ağrısı və qusma əlamətləri qeydə alınan şəıxs xəstəxanaya yerləşdirilib. 

Tədqiqatçılar xəstədən götürülmüş qan nümunəsində genetik analizlə əvvəllər məlum olmayan virus aşkar ediblər.

Bu virus Krım-Konqo hemorragik qızdırması virusuna yaxın növdür, ölüm nisbəti 30 faiz təşkil edir və “Nairoviridae” ailəsinə məxsus “orthonairovirus” cinsinə aiddir. Virus "Bataqlıq Virusu" adlanırılıb. 

Araşdırma qrupu virusun mənbəyini müəyyən etmək üçün bölgədəki gənə, ev heyvanları və vəhşi heyvanlar üzərində genişmiqyaslı ekoloji tədqiqatlar aparıb.

Bu araşdırmalar nəticəsində qoyun, donuz və atlarda virus aşkar edilib, bu heyvanların virus daşıyıcısı ola biləcəyi irəli sürülüb.

İndiyədək “bataqlıq virusu”na yalnız Çinin şimal-şərqində rast gəlinib.

Bununla belə, bu virusu daşıyan gənələr Avropa və Asiyada geniş yayılma sahəsinə malikdir. 

Teymur Məmmədov