ABŞ-da yeni ölümcül virus YAYILMAĞA BAŞLADI - VİDEO
    • 19-05-2020, 21:50
    • 702

ABŞ-da yeni ölümcül virus YAYILMAĞA BAŞLADI - VİDEO

ABŞ-da dovşanlar arasında yeni ölümcül virus yayılmağa başlayıb.

News24.az "huffingtonpost.ca" saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. "RHDV-2" olaraq adlandırılan bu virus həm vəhşi, həm də ev dovşanlarında aşkarlanır. İlk dəfə mart ayında Yeni Meksikada aşkarlanan bu virus bugünə qədər daha 4 əyalətdə aşkarlanıb. Virusun hazırda Texas, Arizona, Kaliforniya və Kolorado ştatlarında yayılmağa başladığı bildirilib.

Mütəxəssislər bu yeni virusun insanlara keçmədiyini bildiriblər.

Qeyd edək ki, "RHDV" ilk dəfə 1984-cü ildə Çində meydana gəlib.