Keçmiş məhkumun üzərindən 2 kiloqramdan artıq NARKOTİK ÇIXDI - VİDEO
    • 22-06-2019, 14:17
    • 749

Keçmiş məhkumun üzərindən 2 kiloqramdan artıq NARKOTİK ÇIXDI - VİDEO

Pirallahı sakinindən 2 kiloqram300 qram marixuana aşkar edilib.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Pirallahı Rayon Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Salman Usmanov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman əlindəki çantadan ümumi çəkisi 2 kiloqram 300 qram olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.


Faktla bağlı S.Usmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.