Bu maşınlar sürücülər üçün “ölüm mənbəyidir” - UZAQ DURUN
    • 14-10-2024, 20:16
    • 2 409

Bu maşınlar sürücülər üçün “ölüm mənbəyidir” - UZAQ DURUN

Uzun illərdir ki, ölkəyə Yaponiya və Cənubi Koreyadan intensiv avtomobil ixracı baş tutur. Geniş tələbatı olan bu maşınların bir çoxu istehsal olunduqları ölkələrin nəqliyyat qaydalarına uyğun olaraq, sükanı sağda hazırlanır. Lakin Azərbaycana və digər bir çox ölkələrə idxal zamanı sükanın və bir çox detalın sağdan-sola dəyişdirilməsi baş verir. Bu isə sürücülər üçün gələcəkdə bir sıra təhlükəli situasiyalara səbəb olur.

News24.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, bu tip maşınlar qəza və digər təhlükələrə səbəb olur:

“Həmişə qeyd edirik ki, ölkəyə gətirilən ikinci əl avtomobillərin yararlı və yaxud yararsız olması yoxlanılmalıdır. Bu gömrükdə hər hansı bir ekspertiza prosesi ilə edilməli idi. İndi isə təəssüf ki, ölkəyə ikinci əl atvomobillər əsasən Yaponiya və Koreyadan gəlir və bu maşınların bir çoxunda “perekitka” kimi bilinən, sükanın sağdan sola keçirilməsi prosesi baş verir. vakansiyalar

Bu əsasən, kustar üsulla edilir. Belə olduqda istər sükanda, istər təhlükəsizlik yastıqlarında, istərsə də əyləc sistemində böyük problemlər yaradır”. 

Eyyub Əliyev alıcıları bu növ maşınlardan uzaq durmağa çağırıb:

“Bir şeyi qeyd etmək istəyirdim ki, qəzaların bir çoxunda səbəb kimi sürücünün idarəetməni itirməsi əsas göstərilir. Lakin sürücünün idarəetməni hansı şəraitdə və nə səbəbdən istirməsi dəqiq açıqlanmır. Bu sükanın kilidlənməsi, əyləc sisteminin tutmaması və yaxud bu kimi səbəblərdən baş verə bilir.

Adətən, sükanı dəyişdirilmiş maşınlarda bu kimi mənfi hadisələr daha çox olur. Bu da qəzalara səbəb yaradır. Sosial şəbəkələrdə bir çox avtoblogerlər bu mövzu ətrafında faydalı məlumatlar hazırlayıb. Fikrimcə, 14-15 min verib “perekitka” avtomobil almaqdansa, bir qədər də pul qoyub yerli yığım avtomobillər almaq daha yaxşı olar. Biz həmişə qeyd edirik ki, ikinci əl avtomobil alarkən mütləq yoxlanışdan keçirmək lazımdır”.