Nazir saxta təyinatları araşdırır
    • 6-08-2018, 11:45
    • 967

Nazir saxta təyinatları araşdırır

Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupunun növbəti iclası olub.


S.Babayev əlilliyin qiymətləndirilməsi zamanı bəzən müşahidə olunan süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirildiyini deyib. O bildirib ki, bir çox hallarda göndərişin düzgün tərtib olunmaması səbəbindən əlilliyin qiymətləndirilməsi mümkün olmadığı üçün əlilliyin təyin olunmasından imtina qərarı verilir və belə hallarda göndərişin düzgün tərtib olunmaması barədə aidiyyəti səhiyyə müəssisəsinə də məlumat verilməlidir.

Nazir hazırda əlilliyin qiymətləndirilməsi üçün müraciət sisteminin daha təkmil əsasda qurulması, mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə imkan yaradan boşluqların aradan qaldırılması, əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin strukturunun təkmilləşdirilməsi üçün müvafiq işlərin aparıldığını qeyd edib. O bildirib ki, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi prosedurları ilə bağlı Qaydalara əlavə və dəyişiklər edilməsi üçün təkliflər hazırlanır. Tibbi-sosial ekspert komissiyaları, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları ilə bağlı Əsasnamələrə əlavə və dəyişiklər edilməsi də nəzərdə tutulur. Eyni zamanda, əlilliyin qiymətləndirilməsində qabaqcıl dünya, o cümlədən Avropa İttifaqı ölkələrinin təcrübəsinə uyğun yeni meyarların tətbiqi ilə bağlı təkliflər də hazırlanmaqdadır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilir.

İclasda İşçi Qrupu tərəfindən aparılmış araşdırmaların nəticələri, qısamüddətli və ortamüddətli dövr üçün müəyyən olunmuş inzibati və sistem xarakterli tədbirlərin reallaşdırılması yönündə görülən işlər, əlilliyi olan şəxslərin reabilitasiyası sisteminin müsbət nəticələrə yönəlik səmərəli təşkili, bərpa mərkəzlərinin maddi-texniki təchizatının gücləndirilməsi və s. məsələlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.