Bu 5 tətbiq telefonunuzu ələ keçirir - dərhal silin
    • 14-10-2024, 23:48
    • 1 443

Bu 5 tətbiq telefonunuzu ələ keçirir - dərhal silin

ThreatFabric-in hesabatına uyğun olaraq, beş zərərli proqram platformadan çıxarılıb. 

News24.az xəbər verir ki, bu proqramlar istifadəçilərin mobil bank hesablarını hədəfə alaraq onların hesablarını boşaltmaq məqsədi daşıyıb. 

Bildirilib ki, istifadəçilər əvvəllər yüklədikləri bu proqramları dərhal silməlidirlər. 

ThreatFabric tərəfindən hazırlanan hesabatda, zərərli proqram Anatsa-nın PDF oxunması və faylların idarə edilməsi kimi məsum proqramların arxasına gizlənərək yayıldığı ifadə edilib. Sözügedən proqramların Google Play Store-dan silinməmişdən əvvəl keçən il 150-200 min dəfə yükləndiyi təxmin edilib.

Anatsa troyanı "Device Takeover (DTO)" imkanları ilə təchiz olunub və yoluxduğu cihazı nəzarət altına alaraq istifadəçi adından əməliyyatlar həyata keçirə bilir. Bu üsulla o, istifadəçilərin telefonlarından həssas məlumatları oğurlamaq potensialına malikdir. Trojan xüsusi olaraq mobil bankçılıq proqramlarını hədəf alır.

Həmin tətbiqləri təqdim edirik:

1. Telefon Təmizləyicisi - Fayl Explorer

2. PDF Viewer - Fayl Explorer

3. PDF Reader - Baxıcı və Redaktor

4. Phone Cleaner: Fayl Explorer

5. PDF Reader: FileManager

Zərərli proqram xüsusi olaraq Böyük Britaniya, Çexiya, Almaniya, Slovakiya, Sloveniya və İspaniyadakı istifadəçiləri hədəf alsa da, o, ilk növbədə Samsung istifadəçilərinə yönəlib. Lakin bu proqramlar zamanla müxtəlif cihazlara yayılıb.

İstifadəçilərə bu proqramları cihazlarından silmək və təhlükəsizliyini təmin etmək tövsiyə olunur. 

Məryəm İlhamqızı