Son 14 ildə məzunların sayı 40622 nəfər azalıb- DİM-dən SƏBƏB
    • 22-06-2019, 15:26
    • 1 002

Son 14 ildə məzunların sayı 40622 nəfər azalıb- DİM-dən SƏBƏB

Son on dörd ildə məzunların sayı 40622 nəfər azalıb.

News24.az-ın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin statistik təhlilində göstərilir ki, bu meyil artıq bir neçə ildir ki, müşahidə olunur. Son on dörd ildə məzunların sayı 33.00% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2018-ci ildə ümumtəhsil müəssisələrinin 82486 məzunu olub. Ötən illə müqayisədə məzunların sayı 1193 nəfər azalıb.

Bununla belə qeyd etmək lazımdır ki, sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı heç də azalmır, əksinə artır. Bu il sənəd verənlərin 77.86%-ni (61182 nəfər) builki məzunlar təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04, 2016-cı ildə 68.31 və 2017-ci ildə 75.83% olub. Göründüyü kimi, 2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı getdikcə azalır, cari illərin məzunlarının payı isə artır.

Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın azalmasıdır. Bu isə öz növbəsində ümumiyyətlə abituriyentlərin tərkibindəəvvəlki illərin məzunlarının payının azalması ilə nəticələnir.