Bu üsullarla ayaq qoxusundan QURTULUN
    • 14-10-2024, 16:54
    • 1 184

Bu üsullarla ayaq qoxusundan QURTULUN

Ayaq qoxusu hər kəsin qarşılaşa biləcəyi gigiyena problemidir. Ayaq qoxusu problemi yarandıqda bəzi təbii üsullardan kömək alaraq ayaq qoxusunu aradan qaldıra bilərsiniz.

News24.az ayaq qoxusundan xilas olmaq istəyənlər üçün təbii üsulları təqdim edir:

Çay ağacı yağı və sirkə: Güclü antibakterial xüsusiyyətlərə malik sirkə və çay ağacı yağı kimi iki təbii məhsulu birləşdirmək ayaq qoxusuna səbəb olan bakteriyaları yox etmək üçün kifayət edər. Bu üsulla ayaq qoxusundan xilas olmaq üçün kiçik bir qabda 3 xörək qaşığı sirkə və 4 damcı çay ağacı yağını qarışdırın. Qarışığı masaj edərək ayaqlarınıza çəkin. Sonra 2-3 saat gözləyin və ayaqlarınızı yuyun.

Sirkə və limon: Sirkə və limon, iki güclü asidik maddə, ayaq qoxusundan qurtulmanıza kömək edən güclü qarışıqdır. Sirkə və limon qarışığını hazırlamaq üçün əvvəlcə bir qabı 2 litr isti su ilə doldurun. Sonra 2 stəkan alma sirkəsi və 1 təzə sıxılmış limonun şirəsini əlavə edin.

Qarışımda ayaqlarınızı təxminən 30 dəqiqə saxlayın. Sonra onu sabunla yuyub quruda və baxımını tamamlaya bilərsiniz. Bu qarışım sayəsində ayaq qoxusundan asanlıqla xilas olacaqsınız.

Lavanda yağı və Epsom duzu(maqnezuim duzu): Epsom duzu tər əleyhinə təsirə malikdir. Təbii efir yağı olan lavanda yağı ilə birləşdirildikdə qısa müddətdə pis ayaq qoxusundan xilas olmağa kömək edir. Bu qarışımı tətbiq etmək üçün əvvəlcə bir qab ilıq suya 3 damcı lavanda yağı və 4 xörək qaşığı Epsom duzu tökün. Duzu həll etmək üçün qarışdırın.

Sonra ayaqlarınızı qarışıma qoyun və suyun soyumasını gözləyin. Su soyuyanda ayaqlarınızı çıxarıb quruda bilərsiniz. Ayaq qoxusu tamamilə yox olana qədər bu prosesi həftədə 2-3 dəfə təkrarlayın.


Məryəm İlhamqızı