Oktyabr ayında hansı balıqları yemək lazımdır?
    • 15-10-2024, 04:31
    • 536

Oktyabr ayında hansı balıqları yemək lazımdır?

Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi sosial media hesabında “Balıq mövsümündə yeyilməsi lazım olan qidadır” vurğulayaraq oktyabr ayında yeyilə bilən balıqları sıralayıb.

News24.az xəbər verir ki, nazirlik öz paylaşımında "Balığı dondurmazdan əvvəl yüngülcə duzlamaqda fayda var. Ətin təzəliyini qoruyur", - sözlərini yazıb.

Qeyd edək ki, oktyabr ayında bonito, ağlıq, levrek, çipura və sardina yemək tövsiyə olunub.

Məryəm İlhamqızı