Oktyabr ayında bahalaşan xidmət və məhsulların SİYAHISI
    • 12-11-2021, 14:08
    • 358

Oktyabr ayında bahalaşan xidmət və məhsulların SİYAHISI

2021-ci ilin oktyabr ayında bahalaşan qeyri-ərzaq məhsullarının siyahısı açıqlanıb.

News24.az
Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin oktyabr ayında bahalaşma dəftərxana ləvazimatlarının, xalçaların, zərgərlik məmulatlarının, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, ucuzlaşma isə planşet tipli kompüterlərin qiymətlərində qeydə alınıb.

Eyni zamanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltar, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.