Polisə növbəti hücum
    • 15-10-2024, 00:40
    • 284

Polisə növbəti hücum

Qaziantepdə dava düşən evə köməyə gələn polislərə silahdan atəş açıldı.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə səhər saatlarında Şahinbəy rayonunda baş verib. Evdəki davanı sakitləşdirməyə gedən polislar elə həmin evdəki ailə üzvlərinin açdığı atəş nəticəsində yaralanıblar.

Hadisə ilə bağlı Qaziantep Polis İdarəsindən verilən məlumata görə 2 şübhəlinin tutulduğu bildirilib:

 “11 oktyabr 2024-cü il tarixində səhər saatlarında Şahinbəy rayonunda yaşayış evində məişət zəminində dava düşdüyü barədə polisə məlumat daxil olub. Hadisə yerinə gedən polislərə həmən evdə yaşayan ailə üzvləri atəş açıblar. Polis ekipajına atəş açanlar binanın girişində odlu silahdan dəfələrlə  atəş açaraq polisi yaralayıb.

Bundan sonra köməyə polis naryadi gələrək cinayətkarları həbs edib, silahı isə ekspertizaya göndərib.

Hər iki şübhəli şəxsi məhkəmə həbs edib”.

Ağa