Torontoda atışma- çoxlu sayda ölən və yaralananlar var
    • 23-07-2018, 10:32
    • 988

Torontoda atışma- çoxlu sayda ölən və yaralananlar var

Kanadanın ən böyük şəhərlərindən olan Torontoda bu səhər dəhşətli hadisə baş verib.

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərdə insanların sıx yerləşdiyi küçələrdən birində baş vermiş atışmada 2 nəfər ölüb, 13 nəfər yaralanıb. Ölənlərdən biri silahdan atəş açan kəs, digəri yaralalan qadınlardan biridir.

Hadisə nəticəsində yaralanmış azyaşlı qızın vəziyyətinin kritik olduğu bildirilir. Hadisənin səbəbi hələ ki, məlum deyil. Hadisə şahidləri şübhəlinin polislərə və kütləyə odlu silahdan 25 atəş açdığını bildiriblər.

İlhamə