İsrailin İrana qarşı cavab zərbəsi ilə bağlı TARİX DƏQİQLƏŞDİ
    • 15-10-2024, 12:22
    • 834

İsrailin İrana qarşı cavab zərbəsi ilə bağlı TARİX DƏQİQLƏŞDİ

İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin əsas nazirləri ilə İrana qarşı cavab zərbəsinin vaxtı və üsulu ilə bağlı razılığa gəlib və hazırda bununla bağlı Kabinetinin təsdiqi gözlənilir. 

News24.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

İrana qarşı gözlənilən zərbənin detalları Netanyahu ilə İsrailin müdafiə naziri Yoav Qalant və digər nazirlər arasında məsləhətləşmələrdən sonra təsdiqlənib.

Məlumata görə, bu görüşlər nəticəsində İrana qarşı addımlar, cavab tədbirlərinin vaxtı və intensivliyi barədə tam razılıq əldə olunub. Bununla belə, Netanyahu və nazirlər arasında razılıq əldə olunan addımların atılması üçün  Nazirlər Kabinetindən yekun razılıq tələb olunur.

Teymur Məmmədov