-
- 23-06-2019, 14:16
- 1 022
Emin azərbaycanlı və rusiyalı ulduzlarla party etdi FOTOSESSİYA
Ötən gün Seabreez-də "Jara 2019" beynəlxalq musiqi festivalının "Pre Party"si baş tutub.
News24.az xəbər verir ki, gecədə yerli və xarici ulduzlar iştirak edib.
Səhnəyə çıxanlar arasında yerli şou-biznesin ən populyar simaları - xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Emin Ağalarov, Zülfiyyə Xanbabayeva, müğənnilər Dilarə Kazımova, Səmra, Nigar Camal, Aisel, Çingiz Mustafayev, xarici ifaçılardan "SEREBRO" qrupu, MOT, CYGO, İrina Nelson, Lyusya Çebotina, DJ Twins yer alıb.
Azərbaycanı bəyənən və "Jara"nı yüksək səviyyədə qiymətləndirən rusiyalı ulduzlar fesival üçün unudulmaz şoular hazırladıqlarını deyiblər.
Yerli məşhurlar da, xarici həmkarlarından geri qalmayıb. Onlar da sevənlərinə sürprizlər hazırladıqlarını etiraf ediblər.
Xalq artisti Aygün Kazımova "Jara" beynəlxalq musiqi festivalına iki ildir qatıldığını, lakin bu il daha həyəcanlı olduğunu bildirib: "Həddən artıq həyəcanlıyam. Çünki ikiqat məsuliyyət hissi var. Öz repertuarımla yanaşı, Rusiyanın pop kralı Filipp Kirkorovla duet oxuyacam".
İndiyədək Azərbaycanla yanaşı bir sıra xarici ölkə festivallarında yer almasından danışan xalq artisti Brilliant Dadaşova “Jara” üçün xüsusi hazırlaşdığını deyib: "Bütün festivallarda olduğu kimi, "Jara"da da yüksək pozitiv atmosfer olacağına inanıram. Hətta bu gün üçün stilimi də dəyişmişəm".
Xalq artisti Zülfiyyə Xanbabayeva isə "Jara"nı yay bayramı adlandırıb: "Artıq ikici dəfədir ki, burada iştirak edirəm. Emin Ağalarovla səhnədə duet oxumağımız haqda hələlik heç nə deyə bilmərəm. Çünki bu, hələ məlum deyil. Lakin ifa edəcəyim mahnı məhz E.Ağalarovun mənə hədiyyə etdiyi bəstə olacaq".
"Jara" beynəlxalq musiqi festivalının rəhbəri, xalq artisti Emin Ağalarov isə bu ilki festivalın daha isti keçəşəyi anonsunu verib: "Ən məşhur sənətçilərin çıxışı gözlənilir. Əfsanəvi "Lube" qrupunun 30 illiyini qeyd edəcəyik. 90-cı və 2000-ci illərin hitləri səslənəcək. Qala konsertdə bütün ifaçılar ən məşhur hit mahnılarını səsləndirəcək. Yeni nəsil gənclərini də, unutmamışıq. Həmin günü dostum Timati sonlandıracaq".
Qeyd edək ki, "Jara 2019" festivalı 25-28 iyul tarixlərində Seabrezz-də baş tutacaq.
Teymur Məmmədov