-
- 16-10-2024, 02:13
- 662
Bu qidalar cinsi zəiflik yaradır - Həkimdən həyəcan təbili
Sirr deyil ki, günümüzdə bir çox qidaların səhhətimizə yetəri qədər ziyanı var. Demək olar hər gün müxtəlif qişaların içinə qatqılar və zərərləri haqda məlumatlar paylaşılır.
Son illər əksər qidaların cinsi zəifliyə yol açması ilə bağlı hakimlər, mütəxəssislər həyəcan təbili çalır.
Mövzu ilə bağlı Almaniyada çalışan androloq Samir Qasımlı News24.az-a açıqlamasında bildirib ki, hazırda cinsi zəifliyə 2 səbəb varsa onlardan biri qidalardır:
“Bu gün qidalanma bir elmdir. Sağlam olmaq istəyirsinizsə, həkimdən, dermanlardan uzaq durmaq istəyirsinizsə qidalanmaya xüsusi diqqət yetirməlisiniz. Əks halda sağlamlığınız sizi xoşbəxt həyatdan məhrum edə bilər.
O ki, qaldı cinsi zəifliyə, əlbəttə ki, qidalanma əsas məsələdir. Ümumiyyətlə cinsi zəifliyə 2 əsas səbəb varsa, biri qidalanmadır.
Cinsi zəiflik birdən-birə yaranmır, başlıca səbəbi digər orqanlardan doğan bir problemdir. Hazır qidalar, qazlı və enerji içkiləri, çipslər və bu sayaq qidalar birbaşa cinsi zəifliyə səbəb olur. Təbii ki, siqaret və spirtli içkilər də əsas götürülür.
Ümumiyyətlə uşaq yaşlarından müxtəlif səbəblərdən yaranan cinfi zəiflik var ki, insanlar onun fərqində olmurlar. Zaman keçdikcə müəyyən təcrübələrdən sonra anlayırlar ki, əslində çox ciddi formada cinsi zəiflik var.
Düşünün, zərərli qidalar var ki, insanı özündən asılı hala salır və bir vərdiş halına gətirir. Mütəmadi olaraq həmin qidalar birbaşa zəifliyə yol açır. Ümumiyyətlə mənşəyi bilinməyən yağlı qidalardan və enerji içkilərində uzaq durun. Mən Azərbaycanda işləyəndə xəstələrin sayı çox idi, ancaq 5 ildir Almaniyada çalışıram görürəm ki, 5 ildə olan xəstələrin sayı ölkəmizdə 1 ildə olan xəstələrin sayı qədərdir. Bütün bunlardan sonra zərərli vərdiş və qidalar insanı daha da uçuruma aparır.
Tibb də deyir ki, mənşəyi bilinməyən qidalar xəstə insanların orqanizmində daha tez fəsadlara yol açır.
Ümumiyyətlə meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır, yağlı, qazlı, hazır və xüsusi acı qidalardan uzaq durmaq mütləqdir. Ümumiyyətlə, bu o qədər geniş mövzudur ki, günümüzün tələblərinə görə günlərlə danışsaq bitməz. Ən optimal çıxış yolu sağlam və təbii qidalara keçid etməkdir”.
Ağa