Bu sahələrdə çalışan kişilərdə cinsi zəiflik yaranır
    • 24-10-2019, 23:48
    • 1 698

Bu sahələrdə çalışan kişilərdə cinsi zəiflik yaranır

Oğlanların 20 yaşına qədər daimi olaraq gündəlik qadınların olduğu mühitdə işləməkləri məsləhət deyil. Ətrafında daha çox qadın və qızların olduğu mühitdə çalışan kişilərdə cinsi zəiflik müşahidə oluna bilər.
News24.az xəbər verir ki, mütəxəssislər  aparılan araşdırmalar zamanı bu qənaətə gəliblər.
Belə ki, kişilərdə cinsi zəiflik, prostat vəzisi səbəbindən erkən boşalma kimi xəstəliklər bu gün dünyada çox yayılan xəstəliklər sırasındadır.
Araşdırmalara görə, cinsi zəiflik daha çox oturaq peşə və sənət adamlarında yaranır. Androloqların fikrincə, oturaq peşə adamlarında prostat vəzisini iltihabı halları daha çox olur. Buraya ofis, bank işçilərini, sürücüləri, dövlət qulluqçularını, gündəlik kompüter arxasında oturaq işlərdə işləyənləri aiddir. Bu peşə, sənət adamları cinsi xəstəliklərdən daha çox əziyyət çəkir. Oturaq həyat şəraitində çalışan peşə adamlarında kiçik çanaqda qan dövranı zəifləyir. Nəticədə isə cinsiyyət sisteminə normal şəkildə qan və onunla birlikdə həkk olunmuş oksigen getmədiyinə görə, cinsiyyət əzələlərində qan və oksigen çatışmır və ciddi cinsi zəiflik yaranır. Bildirilib ki, ağır işlər və soyuq hava şəraiti, soyuq su ilə işləyən kişilərdə yaranmış cinsi zəiflik hətta sonsuzluğa aparıb çıxarır.
Vurğulanıb ki, hətta gərgin stress şəraitində çalışan kişilər də cinsi zəiflikdən əziyyət çəkirlər.