-
- 15-10-2024, 17:39
- 1 439
Samir Əliyev işdən qovulacaq
21 yaşlılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev üçün son şans.
News24.az xəbər verir ki, bu gün yığmamız Bristolda İngiltərənin qonağı olacaq.
Hazırda ən faciəli günlərini yaşayan U-21 millisi 9 turdan sonra sonuncu pillədə qərarlaşıb. Hətta cırtdan ölkə Lüksemburq bizdən 4 xal qabaqdadır.
Bu gün millimiz İngiltərəyə böyük hesabla uduzsa AFFA rəhbərliyi Samir Əliyevi işdən qovacaq.
Hətta onun işdən qovulməsi əvvəlki turda gerçəkləşməli idi, sadəcə ona son şans verildi.
Qeyd edək ki, Azərbaycan İngiltərəyə doğma meydanda böyükhesablı məğlubiyyətə uğramışdı.
22:30. İngiltərə U-21 - Azərbaycan U-21
Baş hakim: Ivana Martinçiç (Xorvatiya)
Bristol. "Aşton Qeyt" stadionu
Ağa