“Fəxr etdiyim obrazım Fəlakətdir”
    • 15-10-2024, 18:43
    • 541

“Fəxr etdiyim obrazım Fəlakətdir”

“Təbii ki, ən fəxr etdiyim obrazım Fəlakətdir”.

News24.az bildirir ki, bu sözləri jurnalist Pərviz Hüseynin “Pərvizə görə” layihəsində aktyor Elşən Orucov deyib.

O bildirib ki, Fəlakət obrazı ona sevgi qazandırıb:

“Qürurla deyə bilərəm ki, Fəlakət mənə çox uğur, sevgi və şöhrət gətiriv. O sevgini bu gün də hiss edirəm. Burada da bir az qismət, bəxt və şans rol oynayır. Populyar olmaq asandır, amma sevilmək çətin məsələdir. Bunu mənə Allah qismət edib. Nə obraz da yaratsam, bilirəm ki, Fəlakət pikdir. Çünki insanın həyatında pik şöhrət bir dəfə olur. Bu müğənnilərdə də, aktyorlarda da belədir. Çox şükür ki, mənə də qismət olub. Fəlakət elə bir obraza çevrildi ki, o adam istədiyi mövzuya istədiyi reaksiyanı verə bilirdi. Bunun altında gülüş də yatırdı, məntiq də. Onu başqa adam desəydi, top atəşinə tutardı. Verilişdə də həmçinin. Elə sual var ki, başqası ünvanlasa, həmin adam çıxıb gedər. Amma Fəlakət istədiyi sualı verirdi. Təbii ki, şəxsiyyətə toxunmamaq şərtilə. Fəlakətin uğuru bunda idi. Ona dəli kimi baxırdılar, amma sualı verəndən sonra deyirdilər, bu adam sözünü dedi. Bəzi hallarda sosial şəbəkələrdə elə şey trend olur ki. Hamı ondan danışır. Təəssüf ki, bir də görürəm, dostum da həmin məsələdən söz açır. Nə ondan keçə bilib, deyə bilirəm ki, sən niyə bu məsələ ilə maraqlanırsan? Ona görə deyirəm, Fəlakət olsa, deyə bilərdi. Bizim başqa dərdimiz, sevinə biləcəyimiz məsələ yoxdur? O anlarda deyirəm ki, Fəlakət olsam, yaxşı olardı”.