Türkiyədə TƏBİİ FƏLAKƏT: üç yaşayış binası torpaq altında qaldı
    • 18-04-2022, 22:10
    • 533

Türkiyədə TƏBİİ FƏLAKƏT: üç yaşayış binası torpaq altında qaldı

Türkiyənin Trabzon vilayətinin Sürmənə rayonunda təbii fəlakət baş verib. Davamsız yağıntı və sel səbəbindən yaranan torpaq sürüşməsi nəticəsində məktəb binası, yataqxana və üç yaşayış binası torpaq altında qalıb.

Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) canlı qüvvəsi və texnikası təbi fəlakət bölgəsinə cəlb olunub.

Bildirilir ki, davam edən yağıntı və sel təhlükəsi sürüşmə riskini daha da artırır. Bu səbəbdən 19 ailə təhlükəsiz ərazilərə təxliyə edilib. /Publika.az/