-
- 16-10-2024, 06:55
- 591
Bakıda zavodda kütləvi dava: Bir nəfər ölümcül döyüldü
Qobustanda, Bakı Dərin Özüllər Zavodunda işçilər arasında dava baş verib.
Bakupost.az-ın xəbərinə görə, bir neçə şəxs 2001-ci il təvəllüdlü Nurlan Şahpələngovu vəhşicəsinə döyüblər.
O, beyinin ağır dərəcəli travması və dalağın partlaması diaqnozu ilə 1 sayli Kliniki Tibbi Mərkəzə çatdırılıb və dərhal əməliyyata alınıb.
Zərərçəkənin vəziyyəti ağırdır.