Bakıda kütləvi dava: 3 nəfər...
    • 31-03-2024, 08:00
    • 119

Bakıda kütləvi dava: 3 nəfər...

Bakının Nəsimi Rayonunda dava zamanı 3 nəfər bıçaqlanıb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində baş verib.

Belə ki, 6 nəfər arasında düşən dava zamanı 2005-ci il təvəllüdlü  Quliyev Kənan Rəşad oğlu, 2001-ci il təvəllüdlü Haqverdiyev Rövşən Zaur oğlu və 2002-ci il təvəllüdlü Zeynalov Sadiq Zabit oğlu bıçaqlanıb.

Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları araşdırır.