Bakıda Anlaşma Memorandumu imzalanıb
    • 16-10-2024, 07:35
    • 433

Bakıda Anlaşma Memorandumu imzalanıb


Bakıda COP29-öncəsi görüşlər çərçivəsində Azərbaycan hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

News24.az xəbər verir ki, bu barədə COP29-un “X” hesabında məlumat verilib.

Bildirilib ki, sənəddə həm COP29 məkanında, həm də onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində əməkdaşlığın prinsipləri və strukturu əks olunub.