Partlayışlar hansı səbəbdən baş verir? - Vətəndaşlar diqqətli olsun!
    • 18-10-2024, 15:26
    • 414

Partlayışlar hansı səbəbdən baş verir? - Vətəndaşlar diqqətli olsun!

Son günlər, demək olar, hər gün partlayış və yanğın xəbərləri eşidirik. Xüsusilə qış aylarında istər binalarda, istər həyət evlərində, istərsə də iaşə obyektlərində fərqli səbəblərdən yanğınlar, partlayışlar baş verir. Bəs bu yanğınların, partlayışların baş verməsinin səbəbləri nələrdir?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev yanğınların baş vermə səbəbləri haqqında danışıb. Ekspert bildirib ki, yanğınlar əsasən yanğın təhlükəsizliyinin pozulması səbəbindən baş verir: 

“Evdə baş verəcək bütün hadisələrlə bağlı qabaqcıl tədbirlərin görülməsi vacibdir. 

Əgər evdə qaz təchizatı, elektrik təchizatı, su təsərrüfatı və çoxmənzilli yaşayış binalarda müxtəlif hadisələr baş verə bilər. 

Elektrikin qısa-qapanması, qaz sızması, evdə saxlanılan kimyəvi maddələr yanğına, partlayışa səbəb ola bilər. 

Ona görə də öncül tədbirlərin görülməsi vacibdir”,

Ekspert qaz təsərrüfatları partlayışlarına qarşı tövsiyəsində bunları deyib:

“Qaz təsərrüfatları partlayışlarına gəlincə evdə qaz sızmasından əlehinə həm də dəm qazı əlehinə dedektor olmalıdır. Qaz sızması olan kimi həmən işə düşür və bədbəxt hadisənin qarşısını alır. 

Evdə qaz cihazlarının saz vəziyyətində olması vacibdir. Eyni zamanda standartlara cavab verən qaz cihazı olsun, bundan başqa qaz cihazlarına kənar müdaxilələrin edilməsi yolverilməzdir. Adicə təmir edəndə, yer dəyişəndə bunu fərd yox, bu sahə üzrə ixtisaslaşmış müəssisələrin mütəxəssisləri etməlidir. Qohum bacarır, qonşu bu işi bilir kimi sözlər deyib hər kəsə etibar etmək yolverilməzdir. 

Qaz borularını evə qeyri-metal borularla çəkmək birmənalı şəkildə qəbul edilmir. Ümumiyyətlə qaz təsərrüfatı harda varsa, bu təhlükə riski deməkdir, ona görə də bunun istismarı tam təhlükəsiz şəkildə həyata keçirilməlidir. Qazın elə kimyəvi xassəsi yanır, düzgün istifadə olunmadıqda dəm qazına çevirilir. Yəni, böyük bir təhlükəni özündə cəmləşdirir. Bütün bunlara görə qaz təsərrüfatında təhlükəsizlik öncədən təşkil olunmalıdır”.

Ağa