-
- 23-06-2019, 16:42
- 913
Qurbağalara toy elədilər - Şok səbəb -FOTO
Son zamanlar isti və susuzluqdan əziyyət çəkən Hindistan əhalisi Allahın mərhəmətini qazanmaq üçün qəribə ritual keçirib.
Qeyd edək ki, Hindistanda dözülməz istiərdən 76 nəfər həyatını itirib. Ölkənin bəzi rayonlarında havanın orta hərarəti 50 dərəcəni keçib.
Quraqlığa son qoymaq arzusunda olan Hindistanın Manitpala şəhərinin sakinləri ölüm gətirən istiliyə son verilməsi ümidi ilə iki qurbağanın toyunu keçiriblər. Manduka Parinaya” adlanan toy-rituala qatılanlar bununla yağış allahını sevindirdiklərini düşünürlər.
News24.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, törənə gələnlər şəhərin müxtəlif ərazilərindən qurbağalar gətiiblər. Manitpalanın mütəxəssis zooloqlarının müayinəsindən sonra onlar “bəy” və “gəlin” qurbağanı seçiblər. Qurbağalara su və yağış allahlarının şərəfinə Varuna, Varşa adları verilib.
Daha sonra qurbağalara hindistanın milli paltarı geyindirilib. Hətta “gəlin”lə “bəy”in barmağına üzük də keçirilib. 100 nəfərdən artıq insanın qatıldığı tədbirin təşkuilatçıları onun yaddaqalan olması üçün əllərindən gələni ediblər.
Qonaqlara ləziz yeməklərlə dolu süfrə açılıb. Toydan sonra qurbağalar Manappalda təbiətə buraxılıb.
Ritual qəribə, hətta gülməli görünsə də, iştirakçılar bunun insanla təbiət arasında harmoniya yaradacağı qənaətindədir. Onların fikrincə, bu əməllərindən sonra Allah onlara rəhm edəcək və ölkədəki quraqlığa son verəcək.
Ritual ən azından istidən əziyyət çəkənlərə çətin günləri səbrlə keçmək ümidı verib.