Gəmirici qadını öldürdü
    • Bu gün, 00:44
    • 134

Gəmirici qadını öldürdü

İspaniyada qadın dağsiçanının onu dişləməsindən sonra ölüb. 

News24.az xəbər verir ki, bu barədə “Mediterraneo”  məlumat yayıb. 

İki uşaq anası olan qadın hadisədən dərhal sonra17 yaşlı qızı və 11 yaşlı oğlu ilə birlikdə ən yaxın xəstəxanaya müraciət edib. Lakin o, xəstəxananın girişinə çatan zaman huşunu itirib. 

Həkimlər dağsiçanının dişlədiyi qadına ürək-ağciyər reanimasiyası əməliyyatı aparsalar da, cəhdləri nəticə verməyib. Ehtimal edilən səbəb gəmirici dişləməsinə qarşı ağır allergik reaksiya yaradıb və bu, qadında anafilaktik şoka səbəb olub. 

Ölüm hadisəsinin qadının övladlarının gözləri qarşısında baş verməsindən sonra onların psixoloji yardıma ehtiyacı olub.

Teymur Məmmədov