Evdən qaçaraq ailə quran hamilə qadını qardaşı GÜLLƏLƏDİ
    • 9-04-2024, 10:52
    • 352

Evdən qaçaraq ailə quran hamilə qadını qardaşı GÜLLƏLƏDİ

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, 2,5 aylıq hamilə olan 20 yaşlı Besra Kırmızı təxminən 4,5 ay əvvəl sevgilisi 24 yaşlı Hasan Kırmızı ilə Şanlıurfadan qaçaraq Mersinə gəlib.

Gənc qadın ərinin ailəsi ilə burada yaşamağa başlayıb. Cütlük nikahla münasibətlərini rəsmiləşdiriblər. 2,5 aylıq hamilə olan B.Kırmızı baldızı ilə sağlamlıq mərkəzindən gələrkən qardaşı tərəfindən başından tək güllə ilə vurulub.

Gənc qadın hadisə yerində həyatını itirib, şübhəli qardaş isə ərazidən qaçıb. Ətrafdakıların xəbər verməsindən sonra hadisə yerinə sağlamlıq və polis qrupları göndərilib.

Qətlə şahid olan və şoka düşən gənc qadının baldızı və hadisədən xəbər tutaraq əraziyə gələn əri Hasan Kırmızı huşunu itiriblər.

Polis qətldə şübhəli bilinən qardaşı tutmaq üçün genişmiqyaslı araşdırmalara başlayıb.

Teymur MƏMMƏDOV