-
- 16-10-2024, 14:02
- 1 649
2 ay komada qalan adamdan şok sözlər: Həkimlər ailəmi inandırmağa çalışırdılar ki..
Hazırda jurnalist olan Bill Lumbey 1970-ci illərin əvvəllərində baş verən yol qəzası nəticəsində 2 ay komada olub.
News24.az xəbər verir ki, "Həkimlər artıq mənim ölümümə hazır idi" deyən Lumbey, komada qaldığı dövrü bu sözlərlə izah etdi:
''Anam günlərlə yatağımın başında mənimlə danışdı. Komaya düşdüyümdən bir ay keçmişdi ki, tibb bacısı ona “boşuna danışma, səni eşitmir, beyni tamamilə hərəkətsizdir” dedi. Sonrakı 2 həftə ərzində ailəmi həyat dəstəyimi söndürməyə razı salmağa çalışdılar. Mən hər şeyi eşidirdim. Ailəm heç vaxt məndən əl çəkmədi. 2 ay sonra komadan çıxanda onları eşitdiyimi desəm heç kim inanmadı. Komada olduğum müddətdə bəzən sonsuz yuxular görürdüm. Ailəm ən çox xəyallarımda idi. Bəzən beynimin ağrıdığını hiss edirdim. Belə anlarda adətən yuxuda görürdüm ki, əməliyyat olunuram. Amma düşünürəm ki, əməliyyat otağı xəyallarımın çoxunu reallıqda yaşamışam”.
Qeyd edək ki, keçmiş araşdırmaları nəzərə alsaq, Bill Lumbey dediklərinin elmdə də ekvivalenti var.
New England Journal of Medicine-də dərc olunan araşdırmaya görə, komada olan və hərəkət edə bilməyən və danışa bilməyən xəstələrin təxminən dörddə biri mürəkkəb zehni vəzifələri yerinə yetirməyə davam edə bilir.
Kembric Universitetinin tədqiqatçıları komaya düşən insanların görmə və duyğu qabiliyyətlərinin tamamilə itirilib-keçilməməsi ilə bağlı araşdırmalarını davam etdirirlər.
Günel Məlikzadə