-
- 7-11-2019, 12:02
- 2 033
"Ölümünü məndən gizlətdilər" -Fədayə Laçın HƏBSXANADA ALDIĞI ACI XƏBƏRDƏN DANIŞDI
Müğənni Fədayə Laçın həbsxanadan çıxandan sonra ilk olaraq Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub.
News24.az xəbər verir ki, aparıcı Tarix Əliyev Fədayə Laçına "2 il ərzində həbsxanada ən çox yuxuna kim girirdi?" sualını verib. Fədayə Laçın isə: "Təzə həbs olunanda ailəm tez-tez yuxuma girirdi. Həmişə də görürdüm nə isə olub. Anam xəstələnib, üstünə həkimlər gəlib və yaxud Əlhəmə nəsə olub. Tez xahiş edirdim ki, telefonla danışmağıma icazə versinlər. Əlaqə saxlayırdım, deyirdilər ki, hər şey yaxşıdır, salamatçılıqdır. Amma dəfələrlə nəsə olub ki, mən yuxuda görmüşəm, amma məndən gizlədiblər. Sonra İlahə mənə deyirdi ki, sən necə hiss eləmisən... Bir dəfə anam xəstələnmişdi. Vəziyyəti pisləşmişdi deyə təcili yardım çağırmışdılar. Hətta xalam da rəhmətə gedəndə mən yuxuda gördüm. Heç vaxt xalam oğlu Eldəniz mənim yuxuma gəlməzdi, amma onda onu gördüm. Dedim, Allah xeyir eləsin. Zəng elədim, məndən gizlətdilər. Sonra yanıma gələndə İlahə o biri bacılarıma dedi ki, "Niyə gizlədək, Fədayə, xalam rəhmətə gedib". Dedim, gördünüz, mən sizə dedim, Eldənizi yuxuda görmüşəm, nə xəbər var ? Yəni yuxularım çox vaxt çin olur...." deyə cavab verib.
Sevda Bayramova