Yaşlı qadın 70 pişiyə qulluq edir
    • 16-10-2024, 19:33
    • 668

Yaşlı qadın 70 pişiyə qulluq edir

Türkiyədə 3 uşaq anası Nuriye Yucasu 11 il əvvəl ana və 3 bala pişiyi qəbul edib. Yucasunun daha sonra pişiklərə sevgisi yaranıb və qapısına gələn bütün pişiklərə qulluq edib.

News24.az xəbər verir ki, Yucasu və ailəsi 11 ildir ki, təxminən 70 pişik saxlayır. Bütün vaxtını onlarla keçirən Yucasu bir-bir adlarını çəkdiyi pişiklərə uşaqları kimi baxır.

Nuriyyə xalanı görəndə pişiklər onun ətrafına yığışaraq onun əlindən qidalanırlar.

11 ildə pişik sayının 4-dən 70-ə yüksəldiyini bildirən Yucasu, “11 ildir ki, pişiklərə qulluq edirəm. 11 il əvvəl ana və 3 körpə pişiklə başladı. Ondan sonra bilmirəm yemək iyindəndi, yoxsa başqa bir şeydi, pişiklər gəlməyə başladı. Mən onların hamısını qucaq açdım" dedi.

Günel Məlikzadə