Pişik balalarını fırça çubuğu ilə öldürdü - DƏHŞƏT
    • 12-08-2024, 19:06
    • 346

Pişik balalarını fırça çubuğu ilə öldürdü - DƏHŞƏT

Manisanın Salihli rayonunda 3 pişik balasını fırça çubuğu ilə vuraraq öldürən şəxs saxlanılıb.

News24.az xəbər verir ki, hadisə Səhiyyə Məhəlləsi Kurudere küçəsində yerləşən evin bağçasında baş verib. 

M.Ş. (55) evinin həyətindəki pişik balalarına fırça çubuğu ilə hücum edib.

M.Ş. qaçmağa çalışan pişiklərə bir-birinin ardınca vəhşicəsinə zərbələr endirib. Ətrafda yaşayan insanlar vəziyyətə reaksiya versə də, M.Ş pişiklərə işgəncə verməyə davam edib.

DHA xəbərinə görə, pişik balaları aldıqları xəsarətlərdən bir müddət sonra ölüblər.

Vətəndaşlar hadisəni mobil telefonları ilə lentə alaraq vəziyyəti polisə xəbər veriblər. Şikayət üzərinə ünvana gələn polis qrupları M.Ş.-i nəzarətə götürüb.

Polis bölməsindəki əməliyyatlardan sonra M.Ş-nin Salihli Ədliyyəsinə aparılacağı öyrənilib.

Məryəm İlhamqızı