-
- 16-10-2024, 20:14
- 623
Vəfalı it sahibinin məzarını tərk etmədi
İstanbulda özəl məktəblərin birində ingilis dili müəllimi işləyən Devrim Kaynar yol qəzasında dünyasını dəyişib.
News24.az xəbər verir ki, Kaynar oktyabrın 12-də dəfn edilib.
3 ildir sahib olduğu 'Teo' adlı iti Kaynarın məzarını bir an belə tərk etməyib.
'Teo'nun sahibinin məzarına gələrək dəfn mərasimində uzandığı anlar ətrafdakıları da təsirləndirib.
Devrim Kaynarın qohumu, Şentəpə məhəlləsinin başçısı Engin Arslan, "Devrim hoca əmim qızıdır. Bayramlarda kəndinə gəlir, ayrılıb sevimli Teo ilə vaxt keçirirdi. İti Teo qəbrin başına gəlib. Cənazəni tabutdan çıxarıb məzara qoyana qədər uzanıb göz yaşı töküb. Bundan sonra da Teo bir an belə buradan ayrılmadı və hələ də məzarının olduğu ərazidə dolaşır" dedi.
Günel Məlikzadə