-
- 16-10-2024, 23:45
- 526
Kapitan 19 il çıxış etdiyi millidən getdi
Meksika millisinin kapitanı Andres Quardado yığmadakı karyerasını başa vurub.
News24.az QOL.az-a istinadla xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ABŞ millisi ilə yoldaşlıq matçında komandada son oyununa çıxıb.
Meksika bu qarşılaşmada 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Quardado 19 ildir millidə çıxış edirdi. 2005-ci ildə yığmada debüt edən futbolçu 182 oyuna çıxıb, 28 qol vurub. Quardado “Deportivo”, PSV, “Valensiya”, “Atlas” və “Bayer” klublarının da oynayıb.