Kroos karyerasını başa vurur - Rəsmi
    • 21-05-2024, 20:28
    • 310

Kroos karyerasını başa vurur - Rəsmi

"Real"ın və Almaniya millisinin yarımmüdafiəçi Toni Kroos Avro-2024-dən sonra karyerasını başa vuracaq.

News24.az qol.az-a istinadla xəbər verir ki, bu barədə Madrid təmsilçisinin saytı məlumat yayıb. 

Futbolçu 2014-cü ildən "Real"da çıxış edir. 34 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 1 qol vurub və 8 qolun ötürməsini verib.

Xatırladaq ki, Avro-2024 Almaniyada, iyunun 14-dən iyulun 14-dək keçiriləcək. T.Kroosun adı millinin sözügedən turnir üçün iştirak ərizəsində yer alıb.