Bakının bu ərazisinin işıqları söndü
    • Bu gün, 16:51
    • 1 643

Bakının bu ərazisinin işıqları söndü

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsinin əksər hissələrində elektrik enerjisinin verilişi dayandırılıb.

News24.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Şikayətçilərin sözlərinə görə, səhər saatlarından etibarən işıq sönüb. Buna səbəb isə qəsəbədə yerləşən məktəblərdən birinin yaxınlığındakı yüksəkgərginlikli elektrik xəttində qəza baş verməsidir:

""Azərişıq"la əlaqə saxlayırıq, bizə deyirlər ki, qəza aradan qaldırıldıqdan sonra işıqların verilişi bərpa olunacaq".